Dünən şəhid olan Elgün Həsənovla vida mərasimi keçirilir

Ötən gün Kəlbəcərdə çətin relyefli ərazidə yol qəzasında həlak olan hərbçi Elgün Həsənovun nəşi Bakının Binə qəsəbəsinə gətirilib.

Olaylar.az   xəbər verir ki, hazırda E.Həsənovun evində onunla vida mərasimi keçirilir.

Qeyd edək ki, hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31