Emin Əmrullayev məktəb direktoruna yüksək vəzifə verdi - FOTO
13 Sentyabr 2023 11:36 SosialElm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin direktoru Nərgiz Həsənova Gəncə şəhəri üzrə Təhsil Sektorunun müdiri vəzifəsinə təyin edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən xəbər verilib.
Qeyd edilib ki, Nərgiz Həsənova 1990-cı ildən biologiya müəllimi, 2011-ci ildən isə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin direktoru kimi fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31