Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
12 Sentyabr 2023 21:16 SosialSentyabrın 13-də ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimal olunur.
Olaylar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 13-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31