İlk dəfə işə qəbul olunmuş müəllimlərin Andiçmə mərasimi keçirilib - ÖZƏL

Sentyabrın 12-də 53 nömrəli orta məktəbdə 2023-2024-cü tədris ilinin ilk pedaqoji şura iclası keçirilib. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki,  iclasda məktəbin direktoru Tünzalə Zeynalova  pedaqoji heyəti salamlayıb və ardınca 2022-2023- cü tədris ilində görülmüş işlər və qarşıda duran məsələlər, habelə Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin müvafiq təlimat və tövsiyələri  haqqında müəllimləri məlumatlandırıb.

Təlim tərbiyə işləri üzrə direktor müavini Fatimat Əliyeva və Aybəniz Qurbanova çıxış edərək müəllimlərin dərs yükü və dərs cədvəlinin təsdiqi, Fənlər üzrə MB rəhbərlərinin təsdiqi, Yay tədris tapşırıqlarının yerinə yetirilməsi və nəticələri, X siniflərinin komplektləşdirilməsi və təmayül siniflər haqqında ətraflı məlumat verib. 

Hər il olduğu kimi bu ildə təqaüdə çıxan müəllimlər kollektiv tərəfindən təntənəli şəkildə təqaüdə yola salınıb. Məktəbin direktoru həmin müəllimlərin pedaqoji fəaliyyətini yüksək qiymətləndirib, onlara dərin təşəkkürünü bildirərək, can sağlığı, gələcək həyatlarında uğurlar arzulayıb. 

Daha sonra Müəllimlərin İşə Qəbulu müsabiqəsində yüksək bilik nümayiş etdirərək məktəbə təyinat almış müəllimlər kollektivə təqdim olunub. İlk dəfə daimi işə qəbul olunan müəllimlərin təntənəli şəraitdə Andiçmə mərasimi keçirilib.

Yeni təyinat almış müəllimləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31