İnsan alveri ilə mübarizə mövzusunda təlim keçirilib- FOTO
28 Avqust 2023 15:32 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən icra olunan "İnsan alverinin qarşısının alınması və proflaktikasının gücləndirilməsinə yönəlmiş əhalinin maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili" layihəsi çərçivəsində 25 avqust 2023-ci il tarixində Sumqayıt şəhərində "İnsan alveri ilə mübarizə" mövzusunda təlim keçirilib.
Təlimi giriş sözü ilə layihənin rəhbəri Zenfira Mustafayeva açaraq layihənin məqsədi və məramı haqqında iştirakçılara geniş məlumat verib.
Təlimçi qismində insan alveri ilə mübarizə sahəsində ekspert qismində çalışan Günel Ələkbərova çıxış edərək iştirakçılara insan alveri və onun fəsadları, bu sahəni nizamlayan qanunvericilik, bu sahədə şikayətlərə baxan qurumlar , insan alverinin növləri və göstəriciləri haqqında geniş məlumat çatdırıb.
Təlim zamanı real kazuslardan istifadə edilərək iştirakçılarla maraqlı qrup məşğələləri keçirilib.
Təlimdə 25 nəfər sosial aktiv şəxslər,tələbələr,QHT nümayəndələri və praktik hüquqşunaslar iştirak edib .
Təlimin qiymətləndirilməsi və insan alverinə şərait yaradan amillərin öyrənilməsi barədə təlim iştirakçıları ilə sorğular keçirilib.
Təlim zamanı iştirakçılar ilə mövzu ətrafında aktiv müzakirələr aparılıb və təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub.
Qeyd edək ki, "İnsan alverinin qarşısının alınması və proflaktikasının gücləndirilməsinə yönəlmiş əhalinin maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili" layihəsi 01 iyul 2023-cü il tarixində başlanyıb və 31 sentyabr 2023-cü il tarixinədək davam edəcək.
Cebhe.info

