Aeroport yolunda AĞIR QƏZA sıxlıq yaratdı - FOTO

Aeroport şosesində və Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

Digər bir yol-nəqliyyat hadisəsi isə Ziya Bünyadov prospekti, "Xutor" tunelinin çıxışında qeydə alınıb. Hazırda metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq var.

Hər iki qəza səbəbindən yaranan sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31