“İdman TV” “Qarabağ”ın oyunu ilə bağlı açıqlama verib
24 Avqust 2023 23:28 Sosial"İdman TV" "Olimpiya" - "Qarabağ" matçının Azərbaycanda yayımlanmaması ilə bağlı açıqlama verib.
Olaylar.az xəbər verir ki, bu barədə kanalın "Facebook" səhifəsində paylaşım edilib.
"Əziz izləyicilər, texniki xəta səbəbilə "Olimpiya" - "Qarabağ" matçını yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxdı. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!", - deyə qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31