Seçicilər deputatdan məşğulluq məsələsinin həllinə dəstək istədilər - ÖZƏL

Millət vəkili Sevinc Hüseynova seçiciləri ilə görüş keçirib. Olaylar"ın məlumatına görə, bu barədə millət vəkili özü məlimat verib: "Gədəbəy rayonunun Əlinağılar və Arısu kəndlərində seçicilərimizlə növbəti görüşümüz keçirildi. Görüşdə Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev də iştirak etdi. Görüşdə seçicilər tərəfindən edilən müraciətlər əsasən sosial, işsizlik və məşğulluq, həmçinin əhalinin rabitə və yüksəksürətli internet xidməti ilə təmin edilməsi, kəndlərin qazlaşdırılması məsələləri ilə bağlı oldu.
Görüş zamanı Əlinağılar və Arısu kəndlərinin elektrik təchizatının yaxşılaşdırılması ilə bağlı seçicilər tərəfindən qaldırılmış məsələ müsbət həllini tapdığına və hazırda "Azərişıq" ASC tərəfindən  şəbəkələrin yenidənqurma işlərinin davam etdirildiyinə görə seçicilər öz minnətdarlıqlarını bildirdilər. Daha sonra uzun müddət təhsil sahəsində çalışmış, YAP fəalı, pensiyaçı Rafiq Abdullayevin arvadı Nərgiz Abdullayevanın vəfatı ilə bağlı yas mərasimində iştirak etdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31