Fəvvarələr meydanında tikinti işləri dayandırılmışdır - FOTO + VİDEO
22 Avqust 2023 18:31 SosialOlaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.
Məlumatda deyilir:
"Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığı müəyyən edilərək dərhal dayandırılmışdır.
Bununla bağlı Komitə tərəfindən şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verilərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edilmişdir.
Komitənin Baş İdarəsi tərəfindən dayandırılan və nəzarətə götürülən qanunsuz tikili ilə bağlı söküntü işləri artıq başlanılıb.
Şəhərimizin nəbzinin qorunmasına biganə olmayan vətəndaşlarımıza təşəkkür edirik."
