“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi öz missiyasını Şirvan şəhərində icra etmişdir
22 Avqust 2023 16:51 Sosial"Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi öz missiyasını Şirvan şəhərində icra etmişdir.
Vətəndaş cəmiyyətinin mənafelərinin qorunub saxlanılması və xüsusən onların həssas təbəqəsinin hüquqlarının təmini istiqamətində "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə sosial təminat hüququ sahəsində dəstəyin verilməsi" adlı layihəsinin icrasını Şirvan şəhərində həyata keçirmişdir.
21 avqust 2023-cü il tarixində Şirvan Gənclər Evində baş tutan tədbiri giriş sözü ilə açan Şirvan şəhəri İcra Hakimiyyətinin nümayəndəsi Sənan Qafarov vətən müharibəsi iştirakçıları, veteranlar və fiziki məhdudiyyətli şəxslərin hüquqlarının təmini sahəsində dəstəyin verilməsinin önəmini vurğulamış və layihənin icrasının uğurlu olmasına əminliyini ifadə etmişdir.
Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil, layihənin eksperti qismində iştirak edən Araz Nurməmmədov vətən müharibəsi iştirakçıları, veteranlar və fiziki məhdudiyyətli şəxslərin müraciətlərini dinləmiş, müvafiq dövlət orqanlarına ərizə və şikayətlərini hazırlanması üçün qeydlər aparmışdır.
Layihədən faydalanmaq istəyən həssas qrupun üzvləri facebook (pulsuz hüquqi xidmət səhifəsi), whatsApp ((055) 858-55-59) sosial şəbəkələr üzərindən layihəyə cəlb olunmuş vəkil Araz Nurməmmədov ilə əlaqə saxlaya bilərər.