“Kimsə sizi bəyənsin deyə...” - Aynişan qızlara rişxənd etdi
22 Avqust 2023 12:07 SosialƏməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva bu dəfə gənc xanımlara söz atıb.
Olaylar.az Ucnoqta.az-a istinadən xəbər verir ki, istirahətə yollanan Aynişan çimərlikdə makiyaj edən qızlara kinayə ilə yanaşıb.
"Qızlar, niyə çimərlikdə tonal kremdən istifadə edirsiniz? Son zamanlar dəfələrlə buna şahid oluram... Soyunub-geyinmə otağında tam makiyaj edib çıxırsınız. Bu, məni üzür. Niyə kimsə sizi bəyənsin deyə özünüzü yorursunuz? Həm də bu üz dərinizə də ziyandır", - deyə bloger paylaşımında qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31