Azərbaycanın bu bölgələrində qaz KƏSİLƏCƏK
21 Avqust 2023 19:48 SosialTərtər və Qax rayonlarının, həmçinin Yevlax şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Tərtər-2" ölçü qovşağından qidalanan orta təzyiqli yeraltı qaz kəmərində, "Qax" ölçü qovşağından qidalanan orta təzyiqli daşıyıcı qaz xəttində görüləcək təmir işləri və Yevlax şəhəri ərazisində orta təzyiqli qaz xəttinin əhali kollektoruna birləşdirilməsilə əlaqədar avqustun 22-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31