DGK Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları “Heydər Əliyev zirvəsi”nə yürüş ediblər - FOTO

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının bir qrup əməkdaşı Böyük Qafqaz sıra dağlarında yerləşən "Heydər Əliyev zirvəsi"nə yürüş ediblər. 

Olaylar.az xəbər verir ki, Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə keçirilən aksiya zamanı yürüş iştirakçıları Böyük Qafqaz sıra dağlarının Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər Əliyev zirvəsi"nə qalxaraq orada dövlət bayrağımızı dalğalandırıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31