Nazilə Səfərli: “44 yaşım var, dəbdən düşməmişəm” - FOTO

Şairə və qiraətçi Nazilə Səfərli növbəti açıqlaması ilə gündəmə gəlib. 

Olaylar.az bizim.media-ya istinadən bildirir ki, sənətçi ona üzündə plastik əməliyyat keçirməsini istəyən izləyicilərinə sosial şəbəkə hesabı vasitəsi ilə cavab verib. 

"Deyirlər çənəni uzat, içdə piyi götür, üzün "fashion" (dəbli) olsun. 44 yaşım var, dəbdən düşməmişəm. Anam da məni görəndə tanıya bilir. "Fashion" nəyə deyirsiniz? Bir də ki, üz ilə tanınmaq artıq dəbdə deyil", - deyə Nazilə vurğulayıb.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31