Şamaxıda böyük üzüm bağını dolu vurdu - Aqrar Sığorta Fondu zərəri hesablayır
21 Avqust 2023 13:14 SosialDolu yağması Azərbaycanda əkin sahələrinin ən çox zərər gördüyü risklərdəndir. 2023-cü ilin ilk 6 ayında Aqrar Sığorta Fonduna əkin sahələrinə dəyən zərərlərlə bağlı 7 min müraciət daxil olub. Bundan 1400 müraciət və ya hər 5 müraciətdən 1-i dolu hadisəsi ilə bağlıdır. Ümumilikdə son 3 ayda qeyri-sabit hava şəraiti ilə bağlı Fonda müraciətlərin sayı 1000-i keçib. Həmin təsərrüfatlara dəyən zərər qiymətləndirilir və bu proses başa çatdıqdan sonra kompensasiya ödənişlərinə başlanılacaq.
Xatırladaq ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Bura təbiət hadisələri - fırtına, qasırğa, sel, su basmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.