Qardaşı tərəfindən bıçaqlanan məktəblinin vəziyyəti AĞIRDIR - RƏSMİ

Sumqayıt Tibb Mərkəzi Sumqayıtda qardaşı tərəfindən bıçaqlanan 11 yaşlı uşağın vəziyyəti barədə məlumat yayıb. 

Qurumun İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumatda bildirilir ki, 2012-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbə sakini Zülfüqarlı Hüseyn  Mahir oğlu 21.08.2023  tarixində saat 00:45-də TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına daxil olub.  Xəstəyə travmatik hemopnevmotoraks diaqnozu qoyulub. 

Vəziyyətə uyğun olaraq  cərrahi əməliyyat olunub. Vəziyyəti keçirdiyi əməliyyata görə, stabil ağırdır.

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31