Qəzaya düşən “Nikosayağı” ilə bağlı yeni RƏSMİ MƏLUMAT
16 Avqust 2023 13:04 SosialAvqustun 15-i qəzaya düşən bloger Nicat Şakirlidə müayinələr zamanı sağ və solda birinci qabırğanın sınığı aşkarlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır: "Müayinələr zamanı pasiyentdə sağ və solda birinci qabırğanın sınığı da aşkar olunub. Hazırda dinamiki müşahidə və müalicəsi davam etdirilir".
Xatırladaq ki, hadisə avqustun 15-i gecə saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.
Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xatırladaq ki, Nicat Şakirli sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan blogerdir.