Hansı halda yaşa görə əmək pensiyası yenidən hesablanır? - ÖZƏL
11 Avqust 2023 12:17 SosialHazırda yaşa görə əmək pensiyasının hesablanması ilə bağlı mürəkkəb mexanizm tətbiq olunmaqdadır. Üstəlik bu halda əmək pensiyasının yenidən hesablanması pensiyaçılar üçün əlavə suallar yaradır. Maraqlıdır, yaşa görə əmək pensiyası təyin olunduqdan sonra 6 il işlədiyi halda pensiyasının yenidən hesablanması ilə bağlı müraciət edə bilərlərmi? Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir: "Pensiyaçı əmək pensiyası təyin olunduğu gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır".