Deputat şəhər ağsaqqalları ilə nədən danışdı? - ÖZƏL

Millət vəkili İltizam Yusifov Şirvanda şəhər ağsaqqalları ilə görüş keçirib. "Olaylar"ın məlumatına görə, bu barədə millət vəkili özü məlumat verib: "Görüş bir neçə vaxt idi planlaşdırılırdı və nəhayət görüşdük, söhbətləşdik, müzakirələr etdik. Görüş indiki Şirvan şəhərinin (Əli-Bayramlı) yaranmasının 60 illiyinə hazırlıqla bağlı məsləhətləşmələr çərçivəsində təşkil olunmuşdur. Dəvət olunan ağsaqqallarımızdan müəyyən səbəbdən gələ bilməyənlər də var idi. Lakin hesab edirəm ki, onların hər biri bu görüşlərə, o cümlədən nəzərdə tutulan tədbirlərə dəvətlidirlər və biz onlarla mütləq birlikdə olacağıq. Bəli, xalqımızın milli mentalitetində ağsaqqal, ağbirçək sözü həmişə uca tutulub. Bizim milli-mənəvi dəyərlərimizin formalaşmasında da ağsaqqal tövsiyəsi, ağsaqqal məsləhəti xüsusi əhəmiyyət kəsb edib. O cümlədən gənclərimizin dövlətə, xalqa sədaqət ruhunda tərbiyəsində də ağsaqqallarımıza həmişə ehtiyac olub. Muasir gənclərimiz ata-babalarının cəmiyyətdəki mövqeyindən, onların iş təcrübəsindən məlumatlı olmalıdırlar. Soykökümüzə bağlılıq bizim gələcək inkişafımız, varlığımız üçün çox vacib meyardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31