Whatsapp çoxdan gözlənilən funksiyanı əlavə etdi- iki hesab birdən...- ÖZƏL
11 Avqust 2023 11:41 SosialAndroid-də WhatsApp eyni anda birdən çox hesab üçün dəstək əlavə edir. Olaylar.az xəbər verir ki, "WhatsApp" messencerinin tərtibatçıları "Android 2.23.17.8" üçün proqramın beta versiyasına yeni funksiya - çoxsaylı hesablar əlavə etmək və onlardan daimi istifadə etmək imkanı əlavə ediblər. Bu barədə WABetaInfo portalı məlumat yayıb.
Artıq "WhatsApp" istifadəçiləri QR kod düyməsinin yanındakı ox işarəsini sıxaraq proqrama yeni hesab əlavə edə biləcəklər. Hesablar arasında keçid eyni menyudan həyata keçiriləcək.
WABetaInfo qeyd edib ki, yeni hesablar "WhatsApp" tətbiqi ilə bağlı qalacaq, onların yenidən daxil olmasına ehtiyac olmayacaq. Eyni zamanda, keçid eyni vaxtda bir neçə hesabdan mesaj yazmağa və onlara cavab verməyə imkan verəcək.
Məqalədə deyilir ki, "Bu, birdən çox WhatsApp hesabı olan və hazırda iki cihaz üzərində işləmək üçün istifadə edənlər üçün inanılmaz faydalı funksiyadır".
Bu funksiya hazırda beta sınaq mərhələsindədir və məhdud sayda istifadəçi üçün əlçatandır. Bununla bağlı ona bəzi dəyişikliklər edilə bilər.
WABetaInfo belə qənaətə gəlib ki, funksiyanın buraxılması ilə bütün dünya üzrə bəzi WhatsApp istifadəçiləri biznes hesabını idarə etmək üçün ikinci telefondan imtina edə biləcəklər, çünki iş hesabı şəxsi ilə eyni smartfonda quraşdırıla biləcək.