Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO

Qarabağ müharibəsi veteranı, həkim psixonevroloq Mahmud Rafiq oğlu Vəkilov vəfat edib.

Olaylar.az Metbuat.az -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Məlumata görə, onun ölümünə səbəb ürəyində yaranmış problem olub.

Qeyd edək ki, M.Vəkilov 1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. O daha sonra 2001-2011-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alıb. O, 1989-1992 "Semaşka" adına Kliniki Xəstəxananın Nevrologiya şöbəsi, 1991-1992-ci illərdə Sumqayıt şəhəri 2 saylı poliklinikada, 1992-1997-ci illərdə Müdafiyə Nazirliyinin nəzdində hərbi hissədə və s. tibb müəssisələrində fəaliyyət göstərib. 2009-2014-cü illərdə Qazax şəhər Diaqnostika Mərkəzində fəaliyyətdə olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31