Uşaqların narkotikin təhlükəsinə düşməsinin qarşısını almaq asan məsələ deyil - ÖZƏL

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son illərdə bütün dünyada olduğu kimi Azərbaycanda da narkomaniya gəncləşməyə doğru gedir. Qeyri-rəsmi məlumatlara görə, hətta məktəblərdə də narkotiklərdən istifadə edən şagurdlər var.
Bəs uşaqları bu kimi pis vərdişlərdən necə uzaqlaşdırmaq olar?
"OLAYLAR"-ın xəbərinə görə, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Narkoekspet Emil Maqalov deyib ki,  uşaqların narkotikin təhlükəsinə düşməsinin qarşısını almaq asan məsələ deyil: "Bu, bütün tərəflərin, xüsusən də valideynlərin iştirakını tələb edir. Narkotik istifadəsi ürək xəstəliyi riskinin artması, qaraciyər və böyrəklər kimi orqanların zədələnməsi və şizofreniya kimi müxtəlif mənfi təsirlərə səbəb ola bilir. Təkcə bu deyil, narkotiklər uşağın həyatının müxtəlif tərəflərinə, o cümlədən onların öyrənməyə və ictimailəşməyə marağını zədələyir".
İctimai Birlik sədri deyib ki, uşaqların Narkomaniyaya düşməsinin qarşısını almağın müxtəlif yolları var:
"Əslində, uşaqlara narkotikin təhlükələri haqqında məlumat və maarifləndirmə işi erkən, daha doğrusu uşaqlar məktəbdə olarkən həyata keçirilə bilər. Ümid edilir ki, uşaqlar narkotiklərin pis təsirlərini anlaya, bu qeyri-qanuni təhlükələrə düşmək riski azalar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31