Daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Məşğulluğa Dəstək Layihəsi" ilə əlaqədar Daşkəsən və Gədəbəy rayonlarında ictimai dinləmələr təşkil olunacaq.Nazirlikdən "Olaylar"a bildirilib ki, tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31