Nazirliyin Aparat rəhbəri Ucarda vətəndaş qəbulu keçirəcək
9 Avqust 2023 11:53 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Cavid Əbdul-Qədirov avqustun 18-də Ucar rayonunda sakinləri qəbul edəcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 09 - 15 avqust tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31