Deputatın müəllifi olduğu kitab yenidən çap olunub - ÖZƏL
9 Avqust 2023 10:23 SosialMillət vəkili Ceyhun Məmmədovun "Cəmiyyət. Şəxsiyyət. Təhsil. Din" kitabı yenidən çap olunub. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Uzun müddətdir, üzərində işlədiyim "Cəmiyyət. Şəxsiyyət. Təhsil. Din" kitabı yenidən işıq üzü gördü. Kitabda Azərbaycanın dövlətçilik ənənələri, ən yeni dövr Azərbaycan tarixi və bu mərhələnin görkəmli şəxsiyyətlərinin fəaliyyətləri, Respublikamızın digər ölkələrlə əlaqələri, dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərimiz, din təhsili tarixi, həmçinin xalqımıza qarşı törədilmiş erməni vəhşiliklərindən ətraflı bəhs edilir. Kitab dinşünaslar, elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Sonda kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Kitabı birbaşa bizə müraciət edərək, eləcə də "Qanun" nəşriyyatı, həmçinin "Əli və Nino" kitab mağazaları şəbəkəsindən əldə edə bilərsiniz".