Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib
9 Avqust 2023 10:02 SosialArtmaqda olan sərnişin tələbatını nəzərə alaraq "Azərbaycan Dəmir Yolları" QSC həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
"OLAYLAR" Səhmdar Cəmiyyətə istinadən bildirir ki, əlavə qatar reysləri 12-13 avqust tarixlərini əhatə edəcək. Belə ki, saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, saat 17:10-da isə qatar Ağstafadan Bakı istiqamətinə yola düşəcək.
Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31