Baş Prokurorluq bu məlumatı təkzib etdi

Doğru məlumat deyil.

Bu, yerli mediada Laçında itkin düşmüş şəhidimizin 31 il sonra cəsədinin tapılması ilə bağlı yayılan məlumat əsasında Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.

"Tamamilə əsassizdir", - deyə Baş Prokurorluq Trend-in sorğusuna cavabında qeyd edib.

Qeyd edək ki, yerli media orqanlarında yayılan məlumata görə, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədi 31 ildən sonra tapılıb. Məlumatda o da qeyd olunurdu ki, Rəhman Həsənovun cəsədi 1992-ci ildə döyüşərək şəhid olduğu Laçının Suarası kəndində aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31