Məleykə Abbaszadə istefaya göndərilir? - DİM-dən AÇIQLAMA
8 Avqust 2023 12:22 SosialBir sıra yerli KİV-lərdə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin yaxın vaxtlarda istefaya göndəriləcəyi ilə bağlı məlumatlar dərc olunur. DİM sədri ilə bağlı qərar sentyabrın ilk ongünlüyündə elan olunacağı bildirilir.
Məsələ ilə Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda bununla bağlı məlumat yoxdur.
Qeyd edək ki, DİM-də vəzifə dayişikliyinə səbəb olaraq, bu il keçirilən buraxılış və birinci blok imtahanlarından sonra şikayətlərin kütləvi xarakter alması göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31