Arxeoloq alim Yardımlıda elmi araşdırma aparır - ÖZƏL
8 Avqust 2023 10:59 SosialAMEA Arxeologiya-Etnoqrafiya inistitutunun arxeoloq alimi Ceyhun Eminli elmi araşdırmalar üçün Yardımlı rayonuna səfər edib. Yardimli Rayon Tarix Muzeyindən "Olaylar"a bildirilib ki, alim bu dəfə heyyətlə yox, Antaliya universitetinin arxeoloji təyinatlı alimi Gulane xanımla birlikdə gəlib: "Rayonumuzun ayrı-ayrı tarixi yerlərinə səfər edən alimlər özlərinin irəlidəki layihələri üçün müxtəlif koordinatlar müəyyən ediblər. Bundan sonra onlar muzeyimizin də qonağı oldular.Ceyhun müəllim tək gəlməmişdi, həm arxeoloq həmkarı Gulane xanımla, həm də onunla sıx dostluq münasibətində olan, arxeoloji qazıntılar aparakən daima onun dəstəyini görən Urağaran kənd ərazi nümayəndəsi Tofiq Nəsirovla birlikdə gəlmişdilər. Səhhəti ilə əlaqədar uzun müddətdən sonra yenidən işinə qayıdan muzeyimzin direktoru Əli İskəndərovla muzeyimizdə görüşən arxeloq Ceyhun Eminli Yardımlının üzə çıxarılan tarixinin yeni səhifələrindən və bu məqsədlə öz hədəflərindən danışdı. Məlumat verək, arxeoloq Ceyhun Eminli 2020, 2021, 2022-ci illərdə Yardımlının Urağaran kəndi ərazisində Bilgə adlanan yerdə sistematik arxeoloji qazıntılar aparmış, burada rayonun daş qutu, küp qəbir və torpaq qəbir abidələrini aşkar edib, olduqca maraqlı nümunələrini üzə çıxardıb".