Qadın sürücü Rüfət Nasosnunun avtomobilinə ziyan vurdu
28 İyul 2023 15:07 SosialMeyxanaçı Rüfət Nasosnunun başına iş gəlib.
Olaylar.az bizim.media-ya istinadən bildirir ki, söz xiridarı "MeyXəbər"də qadın sürücünün avtomobilinə vurduğu ziyandan söz açıb.
Rüfət bildirib ki, nəqliyyat vasitəsini düzgün park etmədiyi üçün qadın sürücü təkərini partladıb:
"Bu yaxınlarda bir yerdə maşınımı saxlamışdım. Çox normal yer idi, keçmək də olurdu. Gəlib gördüm ki, biri dodaq boyası ilə yazıb: Belə maşın saxlamaq olmaz. Sonra da baxdım ki, təkərin birini boşaldıb gedib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31