Səfərbərlik Xidmətinə yeni sözçü TƏYİN OLUNDU - FOTO
28 İyul 2023 13:34 SosialSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinə yeni rəis təyin olunub.
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə Pərviz Sədrəddinov təyinat alıb.
Qeyd edək ki, P.Sədrəddinov Kapital Bankın Marketinq departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31