“Apple pay”, “Google pay” və digər elektron ödəniş üsulları ilə Abşeron dairəvi dəmir yolu xətti üzrə səfər mümkündür
27 İyul 2023 16:09 Sosial"Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmir yolu xəttində (Bakı-Sumqayıt sürətli elektrik qatarları) "Visa" bank kartlarına bağlı olan "Apple pay", "Google pay" və digər elektron ödəniş üsullarını yenidən aktivləşdirib.
"OLAYLAR" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir. Yəni, əgər sərnişin "Google pay" vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da "Google pay"dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31