İş xanımı Ruhi Əliyevanın adından dələduzluq edilib.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, o, bu barədə özü məlumat yayıb. Ruhi Əliyeva feysbukda adına saxta hesab yaradıldığını və insanlara hədiyyə təklif edildiyini bildirib:
"Feysbukda adıma belə bir səhifə açıb canlı yayımda insanları aldadırlar. Xahiş edirəm, belə dələduzlara qarşı ehtiyatlı olasınız".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31