Ərindən boşanmaq istəyi qətlinə səbəb oldu - VİDEO

Ərindən boşanmaq istəyən qadın qətlə yetirilib.

Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Qubanın  Mahmudqışlaq kəndində qeydə alınıb.

Bugün səhər saatlarında 24 yaşlı Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ölən qadının valideynləri bildirir ki, hadisə boşanmaq üstündə olub. Vasif Əliyev iddia edir ki, bir neçə aydır ata evində qalan qızını ,onun  əri gecə saatlarında gələrək öldürüb.

26 yaşlı  Elşad Quliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

Fakta görə Quba rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31