Qanunsuz torpaq daşınması faktı aşkar olunub
26 İyul 2023 14:41 SosialDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Qaradağ rayonu, Müşviqabad qəsəbəsi ərazisindən gecə saatlarında "Kamaz" markalı 56-BX-332, 56-BE-161, 56-BD-089, 56-BD-562, 56-BX-717 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə qanunsuz torpaq daşındığı müəyyən edilib. "Olaylar"ın məlumatına görə, Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub. Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31