Meşə fondu ərazilərində payız əkin mövsümünə hazırlıq işləri aparılır

Payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində iyul ayının əvvəlindən bugünədək ümumilikdə 94 hektar ərazidə şumlama işləri aparılıb. . Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, Sabirabad rayonunun 45, Ağcabədi rayonunun 32, Quba rayonunun 9, Şəki rayonunun 4, Şabran rayonunun 2, Tovuz və Şəmkir rayonlarının isə 1 hektar meşə fondu ərazisində torpaq hazırlığı işləri aparılıb. Payız əkin planına uyğun olaraq sözügedən rayonların meşə ərazilərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya, palıd, fıstıq, vələs və digər ağac növləri əkiləcək, toxumlar səpiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31