"Media və Dini Təhlükəsizlik" mövzusunda konfrans keçirilib
19 İyul 2023 12:43 SosialBu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Media və Dini Təhlükəsizlik" mövzusunda konfrans keçirilib.
Olaylar.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin açılış nitqini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı səsləndirib.
Daha sonra konfransda iştirak edən Mətbuat Şurası sədrinin müavini, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Sahib Alıyev, Real TV-nin baş direktoru Mirşahin Ağayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və QMİ-nin bir sıra nümayəndələri çıxış edərək öz fikirlərini bölüşüblər.
Konfransın sonunda mükafatlandırma mərasimi keçirilib, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Milli Mətbuat Günü münasibətilə "Media və Dini Təhlükəsizlik" mövzusunda jurnalistlər arasında keçirilən müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.