QMİ-dən Məhərrəm ayının başlanması ilə bağlı müraciət
18 İyul 2023 13:42 SosialQafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb.
Müraciətdə deyilir:
"Bismillahir-rəhmanir-rəhim!
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri müsəlman qardaş və bacılarımızın nəzərinə çatdırır ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2023-cü il iyul ayının 19-na, Aşura günü isə iyul ayının 28-nə təsadüf edir.
Əsrlər boyu Azərbaycan xalqının yaddaşında iz qoyan Məhərrəm ayının Aşura günü - Peyğəmbərimiz Məhəmməd (s.a.s.) əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi dünya tarixində fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri İslamın "yaxşılığa dəvət və pislikdən çəkindirmə" məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirmiş, din, Vətən, torpaq, ailə şərəfi və müqəddəs amallar uğrunda şəhadətin mükəmməl əxlaq nümunəsini yaratmışlar. Hamımız yaxşı xatırlayırıq ki, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev Təzəpir məscidində Aşura mərasimindəki tarixi çıxışında demişdi: "Biz bundan sonra da haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş Həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq".
Biz, Azərbaycan müsəlmanları şükürlər edirik ki, bu ilki Məhərrəm ayı Qarabağ həsrətinin sonu, illər boyu dualar etdiyimiz zəfər dönəminə təsadüf edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun bizlərə yaşatdığı qürur və sevincə görə Uca Yaradana həmd-sənalar, dövlətimizin rifahı üçün dualar edirik. İşğaldan azad olmuş ərazilərimizdə yenidənqurmanın başlanması, dini-mədəni abidələrimizin bərpası, həmvətənlərimizin doğma yurd-yuvalarına Böyük Qayıdışı - bütün bunlar Allah-taalanın lütfü ilə müdrik dövlət başçımızın səyləri sayəsində reallaşan arzularımız, dualarımızdır. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimiz və Ali Baş Komandanımızın Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin!
Son illər Məhərrəmlik dönəmində dindarları İslama yad əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara şəfa bəxş edəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək.
Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, "Dini etiqad azadlığı haqqında" qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir. Özəlliklə, son zamanlar koronavirusun yenilənmə təhlükəsini nəzərə alaraq məhərrəmlik ayının ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.
Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Peyğəmbərımız Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksələn şəhidlərə, o cümlədən Kərbəla və Vətən şəhidlərimizə rəhmət, qazilərimizə şəfaət, bütün xalqımıza dəyanət və səadət diləyirik.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!".
Tarix
2023.07.18 / 13:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər
Sabah hava necə olacaq?
Təqaüd və müavinət alanların nəzərinə!
Əhəd Abıyevdən sonra: 65-i keçən başçılar
Kamal Abdulla əlcazairli rektorla görüşdü - Foto
Fuad Oqtay Ulu Öndərin məzarını ziyarət etdi
Rusiya bu cinayətkarları Azərbaycana təhvil verdi
Xəzərdə yenidən zəlzələ oldu
Azərbaycanda 2 general işdən çıxarıldı
Ali Məhkəmənin hakimi təqaüdə göndərildi
Qaxda şirkət maşını çaya beton tökdü - Foto
KULT
Səfəvi dövrünə aid əntiq əşyalar ələ keçirildi
Bu, Qərbin Azərbaycanla bağlı planı idi - Siyami
Tatlısəsin qızına hava limanında hücum edildi
Şahın son vəsiyyəti: Bunları əmanət edib...
İndoneziyalılar Bakıda yaşayan ailə barədə film çəkir
Məşhur fransız aktrisası öldü
Azdramın tamaşası beynəlxalq mükafata layiq görüldü
Gəncəbay gəmidən yıxıldı, xəstəxanaya aparıldı - Foto
Türkiyənin məşhur aktrisası vəfat etdi
Acun bu tarixdə Bakıya gəlir: biletlərin qiyməti...
Hacı Nurana yüksək vəzifə verildi
Safuranın 65 manatlıq libası - Foto
"Avroviziya" təmsilçimizə ağır itki - Foto
Anası Xudayarın şəhid olduğu yerdə - Video
Şuşada gecə konserti - Foto
Avroviziya-2024: İfaçının seçiminə başlanılır...
Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşada
Nazir üstü şiferlə örtülən qalaya baxış keçirdi - Foto
İllər sonra yurduna qayıdan tibb bacısı
Güneyin "Nabat"ı Türkiyədə festivala hazırlaşır
Qazaxda Vaqif Poeziya Günləri başladı
Üsküdə tarixi əsərlər məhv edilir
Hacınskinin tikdirdiyi tarixi bina sökülür? - Foto
Qalanın damı şiferlə örtüldü: Nazirlikdən reaksiya - Foto
Muzey işçisi turisti təhqir etdi, işdən qovuldu - Video
Türkiyədə "Ay Laçın" ifası ilə jürini heyrətləndirdi - Video
Həbs olunan Drakonla bağlı son xəbər - Vəkil
Fazil Nəcəfov vəfat etdi
İranlı aktyor hökumətə etiraz olaraq səhnədən getdi
Kərimli kardinalla görüşdü
Səfəvi dövrünə aid əntiq əşyalar ələ keçirildi
Bu, Qərbin Azərbaycanla bağlı planı idi - Siyami
<><>
Xəbər xətti
QMİ-dən Məhərrəm ayının başlanması ilə bağlı müraciət
13:35
Köçəryanın ailə üzvləri Baş Prokurorluğa çağırıldı
13:30
Sabah hava necə olacaq?
13:24
Ermənistan Rusiyaya "İsgəndər" üçün "çip"lər ötürür
13:18
Təqaüd və müavinət alanların nəzərinə!
13:11
İrana qarşı lazımı tədbirlər görüləcək - Ağ Ev
13:05
Yaponiya Rusiyaya maşın ixracına da qadağa qoyur
12:58
Ankara Ukraynadan "davam" təklifi aldı
12:52
Əhəd Abıyevdən sonra: 65-i keçən başçılar
12:45
Xankəndidə Vayfaya qoyulan ad erməniləri şoka saldı - Foto
12:40
Kamal Abdulla əlcazairli rektorla görüşdü - Foto
12:34
Fuad Oqtay Ulu Öndərin məzarını ziyarət etdi
12:28
Kiyev Krıma 28 PUA ilə hücum etdi
12:23
Xankəndidə "kütləvi aclıq" və dəbdəbəli ziyafətlər...
12:17
Rusiya bu cinayətkarları Azərbaycana təhvil verdi
12:10
Bu türk ölkəsi Türkiyədən 4,4 milyardlıq hərbi texnika alır
12:04
Xəzərdə yenidən zəlzələ oldu
11:58
Azərbaycanda 2 general işdən çıxarıldı
11:52
Erməni tarixçi: Ermənilər beynəlxalq səviyyəli bomjdur
11:46
Daha 29 vətəndaş cəmiyyəti təşkilatı BMT-yə müraciət etdi
11:40
Ali Məhkəmənin hakimi təqaüdə göndərildi
11:35
Korotçenko: Əliyev və Nikola baxın - duruşları hər şeyi deyir
11:30
Qaxda şirkət maşını çaya beton tökdü - Foto
11:23
Arkov: Ərdoğan azovçuları verdi, bu da "təşəkkürü" - Video
11:19
Neçirvan Bərzani Azərbaycanda səfərdədir
11:15
Rusiyalı məşhur general Suriyaya sürgün edildi
11:10
Masallıda taxıl sahəsi qəsdən yandırıldı - Video
11:05
ABŞ taxıl üçün hərbi gəmilər göndərməyəcək
11:00
Barat Yusubov kollektivə təqdim olundu
10:53
Krım partlayışı: rus turistlər qaçır, təminat çətinləşdi
10:48
SORĞU
Ermənistanla sülh sazişinin bu il imzalanacağına inanırsınız?
1. Bəli
2. Xeyr
3. Bilmirəm