Azərbaycanda məşhur mağazalar şəbəkəsi BAĞLANIR
12 İyul 2023 11:26 SosialAzərbaycanın böyük elektronika və məişət texnikasının satış şəbəkəsi "Maxi.az" bağlanır.
Olaylar.az Ölkə.az-a istinadən xəbər verir ki, şirkətin müxtəlif ünvanlarda yerləşən əksər filialları ləğv olunub.
"Maxi.az"dan bildirilib ki, hazırda fəaliyyət göstərən bəzi filialları da iyun ayının sonuna qədər işləyəcək. Şirkətin məhsulları onlayn olaraq satılacaq, satış şəbəkəsi isə fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, "Maxi" şirkəti "İntegral Plus" mağazalar şəbəkəsinin əsasında qurulub və 2006-cı ildən fəaliyyət göstərməyə başlayıb. Şirkət Azərbaycanın ən böyük elektronika və məişət texnikasının distribyutorlarından biridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31