Şahin Musaoğlu yubileyini qeyd edir
11 İyul 2023 16:05 SosialBu gün vətənpərvər şeirləri, marş və mahnıları ilə sevilən Şahin Musaoğlunun doğum günüdür.
Olaylar.az xəbər verir ki, şair bu gün 60 illik yubileyini qeyd edir.
O, "İgid Əsgər Möhkəm Dayan", "Cənab Leytenant", "Vətən Əmanəti" və dəgir vətənpərvərlik ruhunda olub, könüllərdə taxt qurmuş onlarla məşhur bəstənin müəllifidir.
Qeyd edək ki, Şahin Musaoğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü, MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laueratı, Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü və Türk Dünyası Araştırmaları Beynəlxalq Elmlər Akademiyası fəxri professorudur.