Elşad Hacıyevə yeni vəzifə verildi - RƏSMİ

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsini Elşad Hacıyev icra edəcək.

Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri polis general-polkovniki Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31