Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
11 İyul 2023 11:04 SosialBu gün yerli vaxtla saat 02:44-də Xəzər dənizində 3 maqnitudalı zəlzələ qeydə alınıb.
Hadisə ilə bağlı Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu təbii prosesdir.
"Qeydə alınan zəlzələrin çoxu hiss olunmur. Ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur. Narahatlığa heç bir səbəb yoxdur", - deyə Q.Yetirmişli bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31