Alimlər xərçəngin inkişafına səbəb olan təhlükəli qidaları açıqlayıblar- ÖZƏL

Olaylar.az xəbər verir ki,  fast food məhsulları, həmçinin poliftoralkil maddələri (PFAS) ilə işlənmiş qablaşdırmada olan qurudulmuş ətlər, hisə verilmiş ətlər kanserogenlər, xərçəngin inkişafına səbəb olan təhlükəli maddələr ola bilər. Bu barədə  həkim, funksional diaqnostik Cen Simmons və xərçəngin qarşısının alınmasına dair kitabın müəllifi Kristina Marusiç məlumat verib.

Mütəxəssislərin fikrincə, zərərli kimyəvi maddələr qidaya suya davamlı və yağdan qoruyan etmək üçün poliftoralkil maddələrlə işlənmiş qablaşdırma ilə təmasda olur. 

Xərçəng hüceyrələri də toksinləri bağlayan və onları aradan qaldırmağa kömək edən lif çatışmazlığından yarana bilər. Simmons, "Pəhrizləri əsasən ətdən ibarət olan insanlar az miqdarda lif istehlak edirlər, buna görə də toksinlər həzm sistemində daha uzun müddət qalır və bədəni xərçəngə səbəb olan təsirlərə məruz qoyur" deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31