Bütün tədbirər təhsilin keyfiyyətinin artırəlmasına hesablanıb- ÖZƏL
6 İyul 2023 14:56 Sosial"Bu gün Elm və Təhsil Nazirliyi Ada-da sertifikatlaşdırmanın nəticəsi haqqında tədbir keçirildi. Statistika və araşdırma bir daha onu göstərirki müəllimlərin sertifikatlaşması prosesində iştirakları yalnız təhsilin keyfiyyətinin artırılmasına hesablanır". Olaylar xəbər verir ki, bunu Təhsil Nazirliyi yanımda İctimai Şuranın sədri Günel Səfərova deyib: "Bütün bu faktlarla yanaşı cənab nazir Emin Əmrullayevin səsləndirdiyi əsas fikirlərdən biri həm vətəndaş, həm də bir ictimai proseslərdə fəal iştirak edən insan kimi məni daha çox düşündürdü. Biz zamanında saxta diplom alan insanlara qarşı ictimai qınaq etməmişik. Ümumiyyətlə bizim 90-larda buraxdığımız səhvlər təssüflə deyimki hələ də məktəblərdədir. Bəli, saxta diplom alan, saxta elmi dərəcə alan bu ünvanı daşımaqdan utanmır amma biz bunu deməkdən çəkinirik. 2027-ci ilə qədər davam edəcək sertifikasiya mərhələsinə ümidlərim var və daha çox əminəmki gələcək hədəf müəllimlik sənətinin ən rəqabətli peşə olması və uşaqlarımız üçün yalnız yüksək keyfiyyətli müəllimlərin dərs keçəcəyi sistemi formalaşdırmaqdır".