Bu biabırçılığın adı nə?- ÖZƏL

"AZAL-ın özündən daha yüksəklərdə uçan qiymətləri ilə bağlı dəflərlə tənqidi fikirlər səsləndirilib". Bunu Olaylar-a deyən Milli Cəbhə Partiyası sədrinin birinci  müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, AZAL-ın qiymətləri həmişə digər hava yollarının xidmətlərindən dəfələrlə baha olub: "Xalqa bəla vermə bəlaya düşərsən. Bu dilbilməz azalın öhdəsindən gələn tapılmır ki, tapılmır. Tbilisidən İstanbula uçuş qiyməti 70-80 manat, Bakıdan İstanbula uçuş qiyməti 700-800 manat! Bakıdan Tbilisiyə biletlər od qiymətinə,yenə də bilet tapılmır. Bu biabırçılığn adı nə?!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31