Bu dərmanların keyfiyyətinə zəmanət verilmir -​ Nazir müavini

Şəxsi istifadə üçün ölkəyə dərman gətirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur".

Olaylar xəbər verir ki,  bu barədə səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin növbədənkənar sessiyasının iclasında deyib.

"Fiziki şəxsin öz şəxsi istifadəsi üçün dərman gətirməsinə​ lazımi şərait yaradılıb. Əgər hər hansı bir şəxs Azərbaycanda müalicə alırsa, öz müalicəsi üçün zəruri dərman vasitələrini xaircdən gətirə bilər. Dərman vasitəsini şəxsi məqsədlər üçün gətirənlər bəzən bunu sonradan satırlar. Bu dərmanların keyfiyyətinə zəmanət verilmir",- deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31