Müəllimin 51-dən çox bal toplaması onun direktor qoyulacağı demək deyil - Emin Əmrullayev
6 İyul 2023 12:28 SosialMüəllimin sertifikasiya imtahanlarında 51-dən çox bal toplaması onun dərhal direktor qoyulacağı demək deyil.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, nunun üçün bəlli bəzi proseslər var.
" Tövsiyə edərdim ki, yüksək nəticə toplayıb direktor olmaq istəyən müəllimlər peşəkar bir direktorun yanında müavin olsun, daha da püxtələşsin", - nazir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31