Narkomaniya ilə mübarizə çox qəliz məsələdir - ÖZƏL
5 İyul 2023 17:15 Sosial"Hər bir narkoman potensial satıcı, onların diliylə desək "bariqa"ya çevrilə bilir. Çünki bir müddətdən sonra şiddətli ağrıları başlayır və mütləq "mal" əldə etmək məcburiyyətindədir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov səsləndirib. O bildirib ki, topdan bir qram alanda məsələn 10 yerə bölür ki, onda üçünü- beşini istifadə edib, qalanını satsın: "Çünki, həm özünə istifadəyə narkotik maddə saxlaya bilir, həm satıb sabaha "mal" almağa qazana bilir. Onu da qeyd edim ki, satıcılığa görə 12 ilə qədər iş düşür. Bununla mübarizə çox qəliz məsələdir. Ona görə bütün cəmiyyətin problemidir və bununıa yalnız dövlət polis məşğul olsun demək olmaz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31