İdman zalında vəfat edən 7 yaşlı Fəridin məzarı - FOTO
5 İyul 2023 15:56 SosialXəbər verdiyimiz kimi, Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilovun kobud hərəkətləri nəticəsində dünyasını dəyişmişdi.
Olaylar.az metbuat.az-a istinadla xəbər verir ki, azyaşlının ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
7 yaşlı Fəridin məzarının fotosunu təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31