Yeni dələduzluq növü aşkarlanıb - XƏBƏRDARLIQ

Son günlər "Telegram" vasitəsi ilə vətəndaşlara mesaj göndərilir.

Olaylar.az trend-ə istinadən bildirir ki, mesajı açdıqdan sonra link üzrə keçid edərkən, sizi bu https://azerlgs.com/ ünvan üzrə yönəldirir. Orada, mobil nömrəni daxil etdikdən sonra, mobil nömrənizə bağlı olan "Telegram" hesabına gələn sms kodu istəyir.

Bu kodu təqdim etməklə, sizin "Telegram" kanalınızın hesabı ələ keçirilir və sizin kontaktlarınıza icazə alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31